| Azərbaycanda xalqın seçmədiyi, bu xalqın dəyərlərini bölüşməyən hakimiyyət olduğuna görə bu günə layiq olduğu qiymət hələ də verilməyib. Ona görə də mən diqqəti bu günün nə qədər qutsal olmasına cəlb etmək istəyirəm. Bizim bir çox bayramlalımız var, biz böyük sevinclə tək bizim yox, bir çox şərq xalqlarının qeyd etdiyi Novruzu qeyd edirik. Biz bəşəriyyətin böyük çoxluğuna qoşulub Yeni İli sevinclə, coşqu ilə keçiririk. Biz dini bayramlarımızı bütün müsəlman dünyası ilə qeyd edirik. Bir də xalqımıza sırınan süni bayramlar var. Onların da ömürü indiki rejiminki qədərdir, ona görə də biz onları saymırıq, baykot edirik. Amma biz azərbaycanlıların bir gerçək milli bayramı var. O bu gündür - istiqlalımızın elan edildiyi, qürurlu bir gün. Əziz həmvətənlərim, bu gün bizim üçün yalnız müqəddəs bir tarix deyil. Bu gün bizim üçün həm də sabaha istiqamətdir. Baxın, hazırda millət olaraq nə qədər məhrumiyyət içindəyik. Sərvətlərimiz bir qrup acğöz talançı tərəfindən məhv edilir, mənimsənilir. Azərbaycan vətəndaşlarının hüquqları, azadlıqları əllərindən alınır və ölkəmiz dünyada 25 azad olmayan dövlətlər sırasındadır. Torpaqlarımızın 20 faizini 20 ildir düşməndən ala bilmirik. Azərbaycan hakimiyyətini isə 40 ildir bir ailə əsir götürüb, onu da azad edə bilmirik. Bütün bu baş verənlərə görə əslində bizdə bir özündən bədgümanlıq yaranardı, düşünərdik ki, yəqin bu, bizim millət olaraq keyfiyyətimizə dəlalət edir. Amma yox, bu işıqlı nümunə bizdə natamamlıq kompleksi yaranmağa qoymur. Hər ... |